Slimfit
  1. CƏMİYYƏT

Bakıda bu xəstəxana bağlanıb? - Rəsmi açıqlama

Bakıda bu xəstəxana bağlanıb? - Rəsmi açıqlama
Sakura

Bakıda bu xəstəxana bağlanıb? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə 3 saylı Şəhər Klinik Xəstəxanasının bağlanması barədə xəbərlər yayılıb.

İddia olunur ki, xəstəxanada xəstə qəbulu dayandırılıb, həkim və tibb işçiləri binaya buraxılmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Mətbuat Katibi Rəvanə Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxananın bağlanması aparılan dezinfeksiya işləri ilə əlaqədar olub:

“Bu gün səhər saatlarında Bakıda 3 saylı Şəhər Kliniki Xəstəxanasında profilaktik dezinfeksiya işləri aparılıb. Amma bundan sonra xəstələr ambulator müalicə almaq üçün yalnız fərdi qoruyucu vasitələrindən istifadə etməklə xəstəxanaya daxil ola biləcəklər".

TƏBİB rəsmisi qeyd edib ki, xəstələr xəstəxanaya gələn zaman sosial məsafəni mütləq şəkildə qorumalıdır.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR