Bakıda bu restoranı siçanlar bürüyüb... - AQTA
Bakıdakı restoranlardan baş verən antisanitar şəraitlə bağlı rəsmi dövlət qurumu hərəkətə keçib.
Qida Təhlükəsizliyi Agentliyindən Axar.az-a verilən məlumatda bildirilib ki, "Sofra” restoranının mətbəxində məişət əşyalarının içində siçanların gəzməsilə bağlı məsələ araşdırılmağa başlanılıb.
"Qida sahəsində baş verən bu kimi neqativ halları ictimailəşdirən və dərhal Agentliyin 1003 "Çağrı Mərkəzi”nə məlumat verən vətəndaşlara təşəkkürümüzü bildiririk.
Sözügedən məsələ ilə bağlı məlumatlar mediadan götürülərək dərhal araşdırmalara başlanılıb. Hazırda bu istiqamətdə mütəxəssislər tərəfindən araşdırmalar aparılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”, - qurumdan bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət