Slimfit
  1. CƏMİYYƏT

Bakıda bu marşrutda gediş haqqı 40 qəpiyə qalxdı

Bakıda bu marşrutda gediş haqqı 40 qəpiyə qalxdı
Sakura

Bakıda bu marşrutda gediş haqqı 40 qəpiyə qalxdı

Bakı Nəqliyyat Agentliyi (BNA) dekabrın 1-dən 125 saylı marşrutda gediş qiymətinin 35 qəpikdən 40 qəpiyə qaldırılmasına aydınlıq gətirib.

APA-nın sorğusunu cavablandıran Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarından sonra 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı 28 May-Lökbatan dairəsinədək 40 qəpik müəyyən edilmişdi. Onun sözlərinə görə, həmin vaxt Yeni Salyan yolunda yaşayan sakinlər nəzərə alınaraq gediş haqqı 35 qəpik müəyyən olunub: " Vətəndaşların müraciəti nəzərə alınaraq hazırda bu xətt üzrə avtobusların hərəkət sxemi Lökbatan qəsəbəsinədək uzadılıb. İndiki halda Lökbatan sakinləri daha az vəsait ödəməklə birbaşa, eyni zamanda rahat avtobuslarla şəhər mərkəzinə gedib-gəlirlər. Əvvəllər isə bunun üçün iki və daha çox avtobus dəyişirdilər, bu isə əlavə vəsait ödənilməsi demək idi. Əvvəllər Lökbatan sakinləri 30 qəpik verib gəlirdilər, daha sonra 35 və ya 40 qəpik verib başqa avtobusla gedirdilər.  

Gələcəkdə bu və bunun kimi digər xətlərdə müəyyən texniki tədbirlər görülməklə gediş haqqının məsafəyə görə ödənilməsi təmin ediləcək. İndiki halda isə Salyan yolu istiqamətində gedən sərnişinlərimiz 5 nömrəli müntəzəm marşrut xəttindən istifadə edə bilərlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR