Slimfit
  1. CƏMİYYƏT

Bakıda bu marşrut xəttinin istiqaməti dəyişdirildi

Bakıda bu marşrut xəttinin istiqaməti dəyişdirildi
Sakura

Bakıda bu marşrut xəttinin istiqaməti dəyişdirildi

Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti 592 saylı marşrut xəttinin hərəkət trayektoriyasını dəyişdirərək aşağıdakı şəkildə yeni istiqamət müəyyən edilməsi ilə bağlı sərəncam verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, 592 saylı marşrut xəttini Əliçıraq yaşayış massivindən başlayaraq Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi "Mərkəz", "Xırdalan dairəsi" olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq.

Xatırladaq ki, müvafiq sərəncamın icrasına bu gündən başlanılacaq və artıq 592 saylı xəttin yeni istiqamətdə hərəkət edən marşrutu "592A" adı ilə sərnişinlərə xidmət edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR