Bakıda bu bərbad küçələr təmir edilir
Bakı şəhərində yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan küçələrdə təmir-tikinti işləri həyata keçirilir. Bu məqsədlə Yasamal rayonu Süleyman Dadaşov küçəsi təmir olunur.
Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, hazırda Süleyman Dadaşov küçəsinin Ayna Sultanova və Seyfəddin Dağlı küçələri arasında yerləşən 220 metrlik hissəsi təmir edilir.
Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinə aid 10 ədəd baxış qapağı yenisi ilə əvəz olunacaq, bundan başqa, küçədə sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqəsədi ilə 8 ədəd yeni işıq dirəyi quraşdırılacaq.
Küçənin 3500 kv/m sahəsinə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət