Slimfit
  1. AZƏRBAYCAN

Bakıda bir ildir bağlı olan prospekt açılır

Bakıda bir ildir bağlı olan prospekt açılır
Sakura

Babək prospektində uzun müddətdir davam edən təmir işləri yekunlaşmaq üzrədir

Babək prospektində uzun müddətdir davam edən təmir işləri yekunlaşmaq üzrədir.

Bu barədə  Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, yolda aparılan işlər sonuncu mərhələdədir. Növbəti ayın ortalarına qədər işlər tamamilə bitəcək.

A.Nəcəflinin sözlərinə görə, təxminən dekabrın ilk ongünlüyündə işlər yekunlaşacaq.

Hazırda “Maşın bazarı” yanındakı körpünün üstü və körpünün qurtaracağında asfaltlama işləri tam bitib:

“Maşın bazarına kimi olan ərazinin asfaltlaması aparılacaq. Bütün bunlar da yekunlaşdıqdan sonra xətlənmə işləri görüləcək. Hava şəraiti imkan versə, bütün işlərin 2 həftə ərzində yekunlaşması nəzərdə tutulub”.

Qeyd edək ki, Babək prospektindəki yenidənqurma işləri ötən ilin dekabr ayında başlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR