Dərc edildi: Baxış sayı: 534
Bakıda bağçalara uşaqların qəbulu elektron qaydada həyata keçiriləcək
Bakıda körpələr evi-uşaq bağçaları, uşaq bağçalarında uşaqların qəbulu elektron qaydada həyata keçiriləcək.
APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi bununla bağlı elektron sistemin yaradılması üçün tender elan edib.
Tenderin qalibi “Evrodizayn” QSC olub. Bağlanmış müqaviləyə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi elektron sistemin yaradılması üçün “Evrodizayn” QSC-ə 399 min 900 manat ödəyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət