Dərc edildi: Baxış sayı: 472
Bakıda Azərbaycan-Aİ formatında nəqliyyat üzrə yüksək səviyyəli ilk dialoq keçiriləcək
Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat sahəsində yüksək səviyyəli ilk dialoq gələn ilin fevral ayında Bakıda keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas jurnalistlərə məlumat verib.
Səfirin sözlərinə görə, görüşdə iştirak etmək üçün Bakıya Avropa İttifaqının geniş nümayəndə heyəti gələcək. Heyətə Avropa Komissiyasının Nəqliyyat Departamentinin baş direktoru Henrik Hololey rəhbərlik edəcək.
Fevraldakı iclasa qədər çox güman nəqliyyat üzrə işgüzar səviyyədə görüş keçiriləcək, eləcə də Azərbaycan-Aİ aviasiya sazişi ilə bağlı danışıqlar aparılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət