Slimfit
  1. GÜNDƏM

Bakıda avtobuslarda sürət məhdudlaşdırılır

Bakıda avtobuslarda sürət məhdudlaşdırılır
Sakura

Bakıda avtobuslarda sürət məhdudlaşdırılır

Bakıda sərnişindaşımaya dair təsdiq edilən tələblər toplusunda avtobuslarda sürətin məhdudlaşdırılması da öz əksini tapıb. Mütəxəssislər deyir ki, bununla da, ictimai nəqliyyatda ən narahat doğuran məsələlərdən sayılan daha bir məsələ öz həllini tapacaq.

Virtualaz.org “ARB TV”yə istinadən xəbər verir ki, hazırda paytaxtda 2 mindən çox avtobus sərnişindaşıma ilə məşğuldur. Bunun da 600-ə yaxını yeni gətirilən müasir nəqliyyat vasitələridir ki, onlarda da istehsalçı tərəfindən sürət limitinin tətbiqi üçün xüsusi mexanizm quraşdırılıb. Lakin bu limit alıcı tərəfindən işə salınmalıdır. Artıq bəzi daşıyıcılar bu mexanizmdən istifadə edərək avtobuslarında sürət həddini məhdudlaşdırıblar.

İsmayıl Hüseynov (daşıyıcı şirkətin rəsmisi): “250 avtobusun 127-sində var. 123 avtobusa da bu qoyulan qərardan sonra şamil olunacaq”.

İbrahim Quliyev (daşıyıcı şirkətin rəsmisi): “Sürət həddini aşa bilmirlər. Maksimal sürət 60-dır, onu istəsələr belə aşa bilmirlər”.

Ötən il Bakıda baş verən 619 yol qəzasının 44-ü avtobusların payına düşür. Bu hadisələr zamanı isə 23 nəfər ölüb, 38 nəfər yaralanıb. Təbii ki, əksəriyyətinin də səbəbi yüksək sürət olub. Avtobuslarda sürət məhdulaşdıcı cihazların quraşdırılmasından sonra bu cür hadisələrin də azalacağı gözlənilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR