Bakıda avtobus dayanacaqlarında "BakıKart" ödəmə terminallarının sayı artırılacaq
Bakıda avtobus dayanacaqlarında "BakıKart" ödəmə terminallarının sayı artırılacaq.
Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, bu gün şəhər ərazisində "BakıKart" ödəmə terminallarının sayı kifayət qədərdir: "Həm metro stansiyalarında, həm də avtobus dayanacaqlarında bu cür terminallar quraşdırılacaq. Əgər biz deyiriksə, "BakıKart"ın əhatə dairəsi ilin sonuna kimi əhəmiyyətli dərəcədə genişləndiriləcək, bu halda terminalların sayı da artırılacaq. Amma ümumilikdə vətəndaşlarımızın kartın balansını rahat şəkildə artırması üçün İKT imkanlarından daha geniş istifadə ediləcək və "online" sistem işə salınacaq. Hazırda bununla bağlı zəruri olan texniki prosedurlar icra olunmaqdadır. Düşünürəm ki, gələn ilin birinci yarsında artıq bu da mümkün olacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət