Dərc edildi: Baxış sayı: 570
Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı
Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidlərdən birinin qarşısına toplaşdıqları müəyyən olunub.
Ens.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata istinadən xəbər verir ki, onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq 42-ci Polis Bölməsinə gətiriliblər.
Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 211.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 100 manat məbləğində cərimə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət