Dərc edildi: Baxış sayı: 954
Bakıda apteklərdə tibbi maska və spirt tapılmır
Son günlər dünyanı cənginə alan koronovirus epidemiyası ilə əlaqədar olaraq tibbi maska qıtlığı yaşanır. Bu tendensiya Azərbaycandan da yan keçməyib.
Belə ki, bir neçə həftə əvvələ qədər bir ədədi 10 qəpiyə satılan qoruyucu maskalar hazırda apteklərdə bir neçə dəfə baha qiymətə təklif olunur.
Alıcılar bildirir ki, hətta bəzi apteklərdə pərakəndə satışa məhdudiyyət qoyulub, beş ədəddən çox maska satılmır. Süni qiymət artımı və qıtlıq təkcə maskalarla da bitmir. Tələbat yüksək olsa da, bir çox apteklərdə tibbi spirtin satışında da qıtlıq müşahidə edilir.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət