Slimfit
  1. CƏMİYYƏT

Bakıda ana böyrəyini xəstəlikdən 35 kq-a düşən qızına bağışlayıb

Bakıda ana böyrəyini xəstəlikdən 35 kq-a düşən qızına bağışlayıb
Sakura

Bakıda ana böyrəyini xəstəlikdən 35 kq-a düşən qızına bağışlayıb

Bakıda çəkisi 35 kq olan gənc qıza böyrək köçürülüb.

"Report" xəbər verir ki, 17 yaşlı qız ağır vəziyyətdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edib. 

Müayinədən sonra ona böyrək köçürülməsinə qərar verilib. Əməliyyat Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi, cərrah-uroloq Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib. 

Həkim qeyd edib ki, müraciətə qədərki uzun müddət ərzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən yeniyetmə qız mütəmadi hemodializ seansları qəbul etdiyindən onda kaxeksiya – orqanizmin ekstremal tükənməsi inkişaf edib: "Maddələr mübadiləsinin pozulması səbəbindən orqanizmdə ümumi zəiflik fonunda fizioloji proseslərin fəallığının və iştahın azalması xəstədə bədən kütləsinin kəskin aşağı düşməsi ilə nəticələnmişdi və çəkisi 35 kq idi. Ona təcili böyrək köçürülməsi vacib idi. Komandamızın əməyi sayəsində kifayət qədər riskli olan bu əməliyyatı da uğurla icra etdik. Köçürülən böyrək hazırda normal fəaliyyət göstərir. Pasiyentin çəkisində artım müşahidə edirik".

Donor isə xəstənin 45 yaşlı anası olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR