Slimfit
  1. AZƏRBAYCAN

Bakıda 35 müvəqqəti kəsim məntəqəsi fəaliyyət göstərəcək

Bakıda 35 müvəqqəti kəsim məntəqəsi fəaliyyət göstərəcək
Sakura

Qurban bayramı ilə bağlı AQTA-dan AÇIQLAMA

Qurban bayramı ilə bağlı Bakı şəhərində 35 müvəqqəti kəsim məntəsi fəaliyyət göstərəcək.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Metbaut.az-a verilən məlumata görə, artıq Bakı şəhərinin bir sıra rayonlarında yerli icra hakimiyyətləri tərəfindən Qurban bayramında vətəndaşlara xidmət göstərəcək kəsim məntəqələrinin inşasına başlanılıb.

Qida Təhlükəsizliyi Agentliyinin tövsiyə və metodiki dəstəyi ilə Qurban bayramında əhalinin rahat və sanitar-gigienik normalara uyğun şəraitdə heyvan kəsimini təmin etmək üçün yerlərdə müvəqqəti kəsim məntəqələri yaradılır. Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət edə bilər. Standartlara uyğun mövcud kəsim məntəqələrindən başqa Bakı şəhəri üzrə yerli icra orqanları tərəfindən təşkil olunan 35 müvəqqəti kəsim məntəsi fəaliyyət göstərəcək. Hazırda onların bir çoxu barədə məlumatlar yerlərdə əhaliyə çatdırılır. Ümumi siyahı isə bayramdan 3 gün əvvəl açıqlanacaq.

Xəyalə Məmmədova / METBUAT.AZ

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR