Dərc edildi: Baxış sayı: 266
Bakıda 2040-cı ilədək turizm sektorunda 37 mindən çox əlavə iş yeri yaradılacaq
2040-cı ilə qədər Bakının turizm sektorunda 37 min 45 əlavə iş yerinin yaradılması planlaşdırılır ki, bununla da həmin il cəmi məşğulluqda turizm sektorunun payı 4,9 % olacaq.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
2019-cu ildə paytaxtın turizm sektorunda məşğul əhali 48 min 252 nəfər olub ki, bununla da sektorun cari məşğulluqda payı 3,6 % təşkil edib.
2040-cı ildə turizm sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 10 % olacaq.
2019-cu ildə turizm sektorunda istehsal olunmuş ÜDM-in dəyəri 1 milyard 898 milyon manat olub, sektorun xüsusi çəkisi isə 6,5 % təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət