Dərc edildi: Baxış sayı: 495
Bakıda 190 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılır
Bakı Nəqliyyat Agentliyi (BNA) 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyətini dayandırır.
Bu barədə “Report”a BNA-dan bildirilib.
Məlumata görə, noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq. Belə ki, BNA-nın İdarə Heyətinin sədrinin bugünki sərəncamına əsasən, xəttin müvəqqəti istimarına dair “Ayşən LTD” MMC ilə imzalanmış müqaviləyə də xitam verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət