Slimfit
  1. İQTİSADİYYAT

Bakıda 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi işə başlayır

Bakıda 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi işə başlayır
Sakura

Bakıda 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi işə başlayır

Sabahdan başlayaraq 3 gün ərzində (4-6 aprel) Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (“AITF 2019”) keçiriləcək.

Report” xəbər verir ki, bu gün sərgi ilə bağlı mətbuat konfransı keçilib.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” şirkəti çıxış edir. Bu il sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim edəcəklər. Ənənəvi olaraq, Belarus, Bolqarıstan, Çin, Dominikan, İtaliya, Mərakeş, Tailand və Çexiya milli stendlərlə çıxış edəcəklər: “Roqaşki Slatina (Sloveniya) regional stendlə təmsil olunacaq. Qeyd etmək lazımdır ki, əvvəlki il ilə müqayisədə, bu il Belarus və Tailand daha böyük sərgi ərazisini bron edib".

Bu il də sərgidə Azərbaycanın stendi təqdim olunacaq. Birinci zalda böyük sahəni əhatə edən bu stenddə həm xarici qonaqlar, həm də daxili turizm üçün ölkəmizin bütün turizm potensialı nümayiş olunacaq. Burada şəhər və regionlarda dincəlmək istəyənlər, eləcə də təbiətsevərlər və fəal istirahət həvəskarları maraqlı təkliflər ilə tanış ola biləcəklər.

Əvvəlki illərdə olduğu kimi, bu il də “AITF 2019” sərgisində idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunacaq. Artıq sərginin xüsusi sektoruna çevrilmiş “Tibbi və Sağlamlıq Turizmi” sektoru da ənənəvi olaraq sərgidə bir sıra ölkələri təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri tərəfindən geniş şəkildə təqdim ediləcək.

Bu il sərgini əlavə tədbirlər proqramı müşayiət edəcək. Belə ki, sərgidə təşkilatçılar tərəfindən “B2B” formatlı görüşlər üçün işgüzar platforma yaradılacaq və burada həm yerli, həm də xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün bir-birləri ilə görüşə biləcəklər.

Sərginin əyləncə proqramı çərçivəsində beynəlxalq rəqs festivalının təşkili planlaşdırılır. Bu maraqlı və parlaq tədbirin əsas məqsədi xarici iştirakçılara öz mədəniyyətlərini qədim incəsənət növü - rəqs vasitəsi ilə təqdim etmək üçün imkan yaratmaqdır. Festival Bakı Ekspo Mərkəzinin foyesində keçiriləcək. Təşkilatçılar “Tarixə və Nəsimi yaradıcılığına səyahət” adlı tədbir təşkil etməklə, bu hadisəni qeyd etmək və bununla da şairin xatirəsini yad edərək sərginin qonaqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etmək qərarına gəliblər.

“AITF” turizm sahəsində regionun nəhəng tədbiri olmaqla yanaşı, həm də mədəniyyət, yeni təəssüratlar, eləcə də yeni imkan və dostluqlar bayramıdır. Hər il sənaye peşəkarları yeni əlaqələr qurmaqla yanaşı, satış coğrafiyasını da xeyli genişləndirmək, habelə ən son sənaye yenilikləri və təmayüllər barədə məlumat almaq, eləcə də yeni tərəfdaşlar və müştərilər tapmaq üçün səbirsizliklə bu tədbiri gözləyirlər. Bu il ilk dəfə olaraq, sərginin daimi iştirakçısı – Dominikanın Turizm Nazirliyi öz turizm marşrutunu “AITF” sərgisinin ziyarətçilərinə daha parlaq şəkildə təqdim etmək üçün tədbirin sponsoru qismində çıxış edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR