Slimfit
  1. CƏMİYYƏT

Bakıda 14 əsrlik unudulmuş abidə ilə bağlı nazirlikdən RƏSMİ AÇIQLAMA

Bakıda 14 əsrlik unudulmuş abidə ilə bağlı nazirlikdən RƏSMİ AÇIQLAMA
Sakura

Bakıda 14 əsrlik unudulmuş abidə ilə bağlı nazirlikdən RƏSMİ AÇIQLAMA

Ötən gün paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 14 əsrlik abidə barədə məlumat vermişdik.

Mədəniyyət Nazirliyi tərəfindən məsələyə qısa zamanda reaksiya verilib.

Ens.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseyli Oxu.Az-ın sorğusunu cavablandırıb.

 

O bildirilib ki, Bilgəh qəsəbəsindəki sözügedən ərazi illər əvvəl satılıb:

“Bilgəh qəsəbəsində yerləşən qalanın ərazisi 20-30 il öncə satılıb. Ərazi tamamilə yaşayış evlərinin əhatəsindədir. Ölkə əhəmiyyətli tarixi abidənin xəritəsi, mühafizə zonası da olmayıb.

Dövlət Xidməti tərəfindən həyata keçirilən abidələrin monitorinqi zamanı qalanın koordinatları qeyd olunub. Qalanın yerləşdiyi ərazinin mülkiyyətçisi olan şəxslə də abidənin qorunması ilə bağlı söhbət aparılıb.

Abidənin yerləşdiyi ərazidə mühafizə zonasının yaradılmasına, ziyarətçilərin gediş-gəlişinin təmin olunmasına və qalanın bərpa olunmasına ehtiyac var. Artıq bununla bağlı yerli icra orqanlarına müraciət olunub”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR