Dərc edildi: Baxış sayı: 743
Bakıda 13 məktəb əsaslı təmir olunub, 6 yeni məktəb binası inşa edilib
2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb.
Bu barədə “Report”a BŞTİ-dən məlumat verilib.
Mövcud olan 4 məktəbin binası yenilənib və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb.
Eləcə də 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.
2 məktəbdə əsaslı təmir işləri davam etdirilir. 3 məktəb üçün köhnə korpusların sökülərək yeni bina və korpusların tikintisinə inşasına başlanılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət