Slimfit
  1. CƏMİYYƏT

Bakıda 120 min manatlıq qara mərmərdən baş daşı qoyublar

Bakıda 120 min manatlıq qara mərmərdən baş daşı qoyublar
Sakura

Bakıda 120 min manatlıq qara mərmərdən baş daşı qoyublar

İTV-də yayımlanan "Sabaha saxlamayaq" verlişində dəfn, baş daşı üçün çəkilən xərclərdən danışılıb.

Yeni Sabah” xəbər verir ki, etnoqraf Təvəkkül Səlimov bildirib ki, hətta 120 min manata baş daşı qoyduranlar var:

"Bu işin içində 200-300 manat başa düşüləndir. Biz ondan danışırıq ki, 20 min, 30 min, 50 min manatlıq, bir yerdə öyrənmişəm ki, 120 min manatlıq qara mərmərdən baş daşı qoyurlar”.

O, həmçinin əvvələr insanları son mənzilə yola salarkən qonşuların, yaxınların təmənnasız köməyini və torpağın pulsuz olduğunu vurğulayıb:

"Elə bir mövzu qoyulub ki, illər əvvəl də bu aktual idi, indi də aktualdır, gələcəkdə də belə olıacaq. Xoş o insanın halına ki, ona qəbir evi qismət olur. Uzun illər əvvəl qəbiristanlıqlarda qəbirlər pulsuz olub. Bu savaş iş sayılıb. Qonşular, qohumlar və dostlar yığışardı, rəhmətə gedənin qəbrini qazar, əl tutardılar, daşını qoyardılar, hamısı da havayı olardı. 

Əlbəttə 200-300 manat civarında rəhmətə gedənin qəbrini düzəltdirmək təbiidir və qəbulolunandır. Qəbiri düzəldən adam ustadır. O, da orda işləyir, daş alınır, sement istifadə olunur, usta bu yolla dolanır, balasına çörək aparır. Bu işin içində 200-300 manat başa düşüləndir. Biz ondan danışırıq ki, 20 min, 30 min, 50 min manatlıq, bir yerdə öyrənmişəm ki, 120 min manatlıq qara mərmərdən baş daşı qoyurlar. Biz bunun əleyhinəyik, bu meşşanlıqdan o yanadır".

Sizə həmin görüntüləri təqdim edirik:

 

Y

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR