Dərc edildi: Baxış sayı: 463
Son günlərdə Bakıda bir neçə uşaq bağçasınnı rəhbəri dəyişdirilib
Son günlərdə Bakıda bir neçə uşaq bağçasınnı rəbəri dəyişdirilib.
Publika.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətində həyata keçirilən kadr islahatlarının tərkib hissəsi olaraq uşaq bağçalarında da dəyişikliklər həyata keçirilir.
Artıq paytaxtın bir neçə rayonu üzrə 10-dan çox uşaq bağçasının müdirəsi yenisi ilə əvəzlənib. Həmçinin bir çox uşaq bağçalarında təmir işləri həyata keçirilir. Valideynlərin bildirdiyinə görə, son günlərdə dövlətə aid uşaq bağçalarında menyu üzrə körpələrə qidalanmasında da irəliləyişlər var.
Qeyd edək ki, rəhbərliyi dəyişən uşaq bağçalarından biri də Nərimanov rayon İ.Hidayətzadə küçəsi 20 ünvanında yerləşən 168 №-li körpələr evi-uşaq bağçasıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət