Slimfit
  1. AZƏRBAYCAN

Bakı yenə Yerevanı qabaqladı: MDB şəhərlərinin 10-luğu

Bakı yenə Yerevanı qabaqladı: MDB şəhərlərinin 10-luğu
Sakura

“TurStat” analitik agentliyi turistlərin payız səyahəti üçün ən yaxşı MDB şəhərlərinin siyahısını hazırlayıb

“TurStat” analitik agentliyi turistlərin payız səyahəti üçün ən yaxşı MDB şəhərlərinin siyahısını hazırlayıb. 

Oxu.Az xəbər verir ki, reytinq 2018-ci ilin payızına planlaşdırılan turizm səfərlərinin populyarlığının təhlili əsasında hazırlanıb. 

Minsk, Astana və Bakı reytinqdə ilk pillələri tutur. Siyahıda növbəti yerlərdə Yerevan, Daşkənd, Almatı, Bişkek, Kişinyov, Düşənbə və Aşqabad qərarlaşıb. 

Məlumatlara görə, turistlər payızda MDB ölkələrinə və şəhərlərinə orta hesabla üç günlük gəlirlər. 

Ən ucuz turlar Qırğızıstan və Özbəkistana təşkil edilir, həftə sonları və alış-veriş üçün isə turistlər Astana və Bakıya üstünlük verirlər. 

Xatırladaq ki, 2018-ci ilin yayı üçün hazırlanmış MDB şəhərlərinin siyahısına Bakı liderlik edirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR