Slimfit
  1. CƏMİYYƏT

Bakı və Roma yeni bir dövrə qədəm qoydu – Deputat

Bakı və Roma yeni bir dövrə qədəm qoydu – Deputat
Sakura

Bakı və Roma yeni bir dövrə qədəm qoydu – Deputat

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdən bu günədək ölkəmizlə İtaliya arasında siyasi, iqtisadi, mədəni və elm sahələrində gözəl münasibətlər mövcud olub.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Naqif Həmzəyev Prezident İlham Əliyevin İtaliyaya səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan və İtaliya möhkəm təməllər üzərində qurulan əməkdaşlığı daim dəstəkləyib, yüksək səviyyədə genişləndirilməsində maraqlı olublar:

“Prezidentin səfəri çərçivəsində İtaliya şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlər, iki dövlət arasında 28 sənədin imzalanması, kənd təsərrüfatı, sənaye avadanlıqlarının istehsalı, nəqliyyat və infrastruktur, İKT, energetika və ekoloji təmiz texnologiyalar kimi sahələrdə əlaqələrin inkişafına yeni baxış oldu.

Qürurverici haldır ki, 2020-ci ilin sonunadək Azərbaycan qazı İtaliyaya daxil olacaq və buradan Avropanın digər ölkələrinə tədarük ediləcək. Beləliklə, TAP layihəsi qitənin qaz bazarında rəqabəti artırmaqla Avropanın enerji xəritəsində vacib rol oynayacaq və Azərbaycanla İtaliyanın qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyətini möhkəmləndirəcək”.

Deputat qeyd edib ki, İtaliya Prezidenti Sercio Mattarellanın Romada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətində səsləndirdiyi yüksək fikirlər iki ölkə arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təsdiq edib:

“Xüsusilə qeyd etmək lazımdır ki, İtaliya Azərbaycanın Avropa İttifaqı və ATƏT çərçivəsində sıx əməkdaşlıq etdiyi ölkə kimi Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrdə həmişə Bakının haqlı mövqeyini dəstəkləyib”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR