Slimfit
  1. İQTİSADİYYAT

Bakı və ətrafında - ən ucuz «novostroykalar – siyahı- qiymətlər

Bakı və ətrafında - ən ucuz «novostroykalar – siyahı- qiymətlər
Sakura

Bakı və ətrafında - ən ucuz «novostroykalar – siyahı- qiymətlər

Hazırda paytaxtda yeni tikililərdə mənzillər kv metri, mənzilin yerləşdiyi yerdən asılı olaraq dəyişir. FED.az xəbər verir ki, şəhər mərkəzinə yaxın yerlərdə inşa edilən binalarda mənzillər bir qədər baha, şəhər kənarında yerləşən binalarda mənzillər isə mərkəzlə müqayisədə daha ucuz təklif olunur. FED.az bu dəfə periferiya zonalarında yerləşən  yeni tikililərdə mənzil qiymətləri ilə maraqlanıb.

“Nuray House”

“Nuray House” Xırdalan şəhərində  AAAF Parkın yaxınlığında yerləşir. MTK-nın təqdim etdiyi layihə artıq hazırdır. 16 mərtəbəli bina 2 korpusdan ibarətdir. Mərtəbədə mənzillərin sayı 7-dir. Binada mənzillərin kv metri 700 manata təklif olunur. Mənzillər faizsiz kreditlə də almaq olar. Bu zaman ilkin ödəniş 30%-dir. Qalan məbləğ isə 12-24 ay ərzində ödənilir.

“Eko Park Xırdalan”

“Eko Park Xırdalan” layihəsinin təhvil verilmə tarixi  1- 2020 sentyabr, 2- 2020 dekabr, 3- 2021 martda baş tutacaq.Bina 15 mərtəbəlidir. Korpusda blokların sayı 1, mərtəbədə mənzillərin sayı 6-7 arasında dəyişir.

Kredit şərtərinə gəlincə isə 5000 manat ilkin ödənişlə 100 aylığa, 10 000 AZN ilkin ödənişlə isə 60 ay faizsiz daxili kreditlə mənzillər verilir.  Mənzillərin nağd satışı zamanı kv metri 700 manata, kreditlə isə 750 manata təklif olunur. Avtomobillər üçün qaraj qiyməti 7-8 min manat arasında dəyişir. Həmçinin gündəlik 1 manat verməklə də mənzil sahibləri maşınlarını park edə bilərlər.  Bina Xırdalanda Fresko marketinə yaxın ərazidə yerləşir.

“AAAF Park”

Kompleks Xırdalan şəhərində yerləşir. “AAAF Park” Yaşayış Kompleksində mənzillərin kvadratmetri nağd ödənişlə 450 manat, kreditlə 650 manatdır. Satılan mənzillərin yerləşdiyi binalar hazırda tikilməkdədir və şirkətdən bildirilir ki, bir ilə təhvil veriləcək. Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 29 kv metrdir. Kredit şərtləri ilkin ödəniş 20% olmaqla, 5 illikdir.

“Yeni Zığ Yaşayış Kompleksi”

Yeni Zığ Yaşayış Kompleksi» Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi 93-də yerləşir. Yaşayış kopmpleksi keçmiş trolleybus parkına yaxındır. Kompleksdən nağd mənzil  alanlara evglərin kv metri 850 manata təklif olunur. Həmçinin yaşayış kopmpleksi sərfəli qiymətə mənzilləri kreditlə də təklif edir. 50% ilkin ödənişlə mənzilləri 900 manatdan, 30% ilkin ödənişlə isə 950 manatdan almaq olar. Yaşayış kompleksində 1 otaqlı mənzillərin sahəsi  59,40 kv metrdir. Bu mənzillər üçün ilkin ödəniş isə 16 929 manat təşkil edir.

“Yeni Masazır yaşayış kompleksi”

Yeni Masazır yaşayış kompleksi Masazırda yerləşir. Kompleksdən Masazır gölünə mənzərə açılır. Kompleksdə mənzillər təmirsiz təklif olunur. Binada 1 otaqlı mənzillərin kv metri 600 manatdan , kreditlə isə 700 manatdan təklif olunur. Bina 11 mərtəbəlidir.  İlkin 15 min manat olmaqla mənzillər 36 aylıq daxili kreditlə təklif olunurlar.

“Qurtuluş 93 yaşayış kompleksi”

“Qurtuluş Yaşayış Kompleksi” Masazır qəsəbəsində yerləşir. Kompleksdə mənzillər təmirsiz təklif olunur. Mənzillər kv metri 650 manatdır. Binalar 7 mərtəbəlidir. Kreditlə isə 30% ilkin ödəniş qalan məbləğ isə 36% ərzində ödənir. Qeyd edək ki, kreditlə mənzillərin kv metri 750 manata təklif olunur. Avtomobili olan mənzil sahibləri üçün aylıq ödənişi 40 manata olan qarajlar icarəyə verilir.

“Masazır Abşeron City”

Adından da göründüyü kimi yaşayış kompleksi Masazıq qəsəbəsində yerləşir. Kopmpleksdə binlara 7 mərtəbəlidir. Kompleks Mazırda Bazar Store mağazasınının yaxınlığında yerləşir. Binada ən balaca 1 otaqlıların sahəsi 54,30 kv metrdir. Mənzillərn kv metri 720  manatdan təklif olunur. Kreditlə isə ilkin ödəniş 15 min manata, qalan məbləğ isə 36 ərzində ödənilir.

“Etibarlı Residence”

Etibarlı Residence Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 104 saylı məktəbin yaxınlığında yerləşir. Binada bir otaqlıların sahəsi 54-57 kv metr təşkil edir. Binanın korpuslarının sayı 9-dur. Mərtəbələrin sayı isə 12-14dür. Mərtəbədə mənzillərin sayı 6-9 arası dəyişir. Kreditlə mənzillər 30% ilkin ödəniş qalan məbləğ isə 36 faizsiz ödənilir. Qiymətlər bir kvadratmetir üçün 880 manatdır.

“MEGA PALACE Mehdiabad”

“MEGA PALACE Mehdiabad” Yaşayış Kompleksi - Bakı şəhərinin Binəqədi rayonunda yerləşən yaşayış kompleksidir. Kompleks 1,5 hektar ərazidə yerləşən, 9 mərtəbəli, 4 bloklu yaşayış binasından ibarətdir. Bina 10 mərtəbəlidir. Korpusda blokların sayı 10-dur. Mərtəbədə mənzillərin sayı 4-dür. Binada təmirsiz mənzillər kv metri 750 manat, təmirli mənzillər isə 990 manatdan başlayır.

“YENİ DÖVR MTK”

Kompleks Q. Qarayey metrosunun yaxınlığında yerləşir. Yaşayış kompleksi 4 korpusludur. 16 mərtəbəli binadır. Mərtəbədə mənzillərin sayı 7-dir. Mənzillərin kv metri 1000 manatdan təklif olunur. Kreditlə isə mənzillər 30% ilkin ödənişlə 24 ay faizsiz kreditlə verilir. Binada ən balaca bir otaqlının sahəsi  59,4 kv metrdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR