Slimfit
  1. İQTİSADİYYAT

Bakı üçün neftin qırmızı xətti neçədir?

Bakı üçün neftin qırmızı xətti neçədir?
Sakura

Bakı üçün neftin qırmızı xətti neçədir?

İstənilən neft qiyməti üçün bu gün Azərbaycan hökumətində hansısa alternativin müzakirəsi yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Real TV-nin “Mir Şahin vaxtı” verilişinə açıqlamasında “Böhran həddi, qırmızı xətt hansıdır” sualına cavab verərkən deyib.

“Azərbaycan hökumətində heç bir halda alternativ, emosional qərarın qəbulu düşünülmür. Konkret situasiya var, biz bununla məşğul oluruq və neftin istənilən qiymətinə, istənilən çağırışa cavab verməyə hazırıq”.

E.Rüstəmov həmçinin qeyd edib ki, emosional qərar qəbul etmədən, inflyasiyanı qaldırmadan, sosial-maddi rifah halını qorumaqla, maliyyə sektoruna problem yaratmadan situasiyanı tənzimləmək üçün kifayət qədər potensialımız var:

“Ötən gün Nazirlər Kabinetinin iclasındakı çıxışımda da dedim, hökumətin və Mərkəzi Bankın “B planı” var və bu planda bu ssenari və onun necə tarazlaşdırılması əksini tapıb”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR