Dərc edildi: Baxış sayı: 516
Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən ilk sərnişin qatarı Gürcüstana gəlib
Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ilk dəfə xəttə buraxılan sərnişin qatarı Gürcüstana gəlib.
Fins.az xəbər verir ki, İsveçrədə sifarişlə istehsal olunan qatar bir neçə gün əvvəl İstanbula çatıb və Türkiyədən Gürcüstana İstanbul-Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu xətti üzrə yollanıb.
“Azərbaycan Dəmir Yolları”na məxsus qatar test rejimdə xəttə buraxılıb.
Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişindaşınmanın təşkili 2019-cu ilin 3-cü rübünə nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət