Bakı-Supsa kəmərinin seksiyalarının dəyişdirilməsi gələn ilin sonunda yekunlaşacaq
Qərb İxrac Boru Kəmərinin (Bakı-Supsa) seksiyalarının əvəzolunması layihəsi gələn ilin dekabr ayında təhvil veriləcək.
"Report” xəbər verir ki, bu barədə "İki sahil” qəzetinin xüsusi buraxılışında qeyd edilib.
Məlumata görə, BP şirkəti ötən il Qərb İxrac Boru Kəmərinin seksiyalarının əvəzolunması layihəsinin həyata keçirilməsini AZFEN birgə müəssisəsinə həvalə edib. Layihənin ümumilikdə 85%-i tamamlanıb və 2019-cu ilin dekabr ayında təhvil veriləcək.
Qeyd edək ki, Bakı-Supsa kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur
AZFEN 1996-cı ilin yanvarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (60%) və "TEKFEN İnşaat və Təsisat A.Ş.” (40%) tərəfindən təsis edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət