Slimfit
  1. AZƏRBAYCAN

Bakı şəhərinin daxilinə yeni dairəvi yol çəkilir - Yolda işlərin 70 faizi görülüb

Bakı şəhərinin daxilinə yeni dairəvi yol çəkilir - Yolda işlərin 70 faizi görülüb
Sakura

Bakı şəhərinin daxilinə yeni dairəvi yol çəkilir - Yolda işlərin 70 faizi görülüb

Paytaxtın Yasamal rayonunda Şərifzadə küçəsinin yaxınlığında çəkilən yeni yolda işlərin böyük hissəsi yekunlaşdırılıb. 75 evin sökülməsindən sonra ərazi genişləndirilib. Hazırda burada kommunikasiya xətləri çəkilir, yeni yol üçün hazırlıqlar görülür.

Yasamal bazarı və ASAN xidmətin yaxınlığında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çəkilən yeni yolun uzunluğu 1310 metr olacaq.

Tunelin uzunluğu ümumilikdə 180 metr olacaq və yol boyu hər iki tərəfdə piyada səkiləri salınacaq, həmçinin işıqlandırma sistemi qurulacaq. Ərazidə yaşayanların həm Şərifzadə küçəsi, həm də Xarici dairəvi yola rahat çıxışlarını təmin etmək məqsədilə burada uzunluğu 300 metr olan əlavə yol da salınır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumaya görə, yeni yolun inşası bu ilin sonu, növbəti ilin əvvəlinə kimi yekunlaşdırılaraq istifadəyə veriləcək.

Mənbə: Xəzər Tv

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR