Dərc edildi: Baxış sayı: 636
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 161 məktəbdə 348 təmayül sinfi təşkil olunub
Ötən il ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, BŞTİ-nin tabeliyindəki 161 məktəbdə 348 təmayül sinfi təşkil olunub.
Həmçinin Bakı şəhəri üzrə 4 ümumtəhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət