Slimfit
  1. AZƏRBAYCAN

Bakı Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatları olub

Bakı Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatları olub
Sakura

Bakı Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatları olub

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) növbəti kadr təyinatları olub.

Report” xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrlə “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Xalid Tağı oğlu Ələkbərov təyin edilib.

O, bundan öncə BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə isə Ayaz Hüseynov təyin edilib. 

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub. Onun barəsində Cinayət Məcəlləsinin üç - 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR