Bakı-Şamaxı yolunda ağacəkmə aksiyası keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Dövlət Neft Fondunun (ARDNF) birgə təşkilatçılığı ilə Bakı-Şamaxı magistral avtomobil yolunun 27-ci kilometrliyində ağacəkmə aksiyası keçirilib.
Fonddan Trend-ə verilən məlumata görə, ARDNF-nin 20 illik yubileyinin keçirilməsinə dair tədbirlər planında nəzərdə tutulan bu aksiya “Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil edilib.
ARDNF-nin əməkdaşları tərəfindən ağacəkmə aksiyasında 1,5 hektar ərazidə 1000-dən artıq badam ağacı əkilib. Əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
Aksiyanın keçirilməsində fəaliyyətinin başlıca missiyası ölkənin tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərinin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi olan ARDNF-nin məqsədi ölkənin meşə ehtiyatlarının artırılması və ekoloji mühitin mühafizəsinə dəstək verməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət