Slimfit
  1. CƏMİYYƏT

Bakı-Pirşağı dəmir yolu fəaliyyətə balşadı

Bakı-Pirşağı dəmir yolu fəaliyyətə balşadı
Sakura

Bakı-Pirşağı dəmir yolu fəaliyyətə balşadı

Bu gündən Azərbaycan Dəmir Yolları QSC Bakı-Sabunçu sürət elektrik qatarının marşrutunu Pirşağı qəsəbəsinə çatdırıb.

Axar.az xəbər verir ki, artıq qatarla Sabunçu stansiyasından sonra yerləşən Zabrat-1, Zabrat-2, Məhəmmədi və Pirşağı stansiyalarına getmək və əks istiqamətdə qayıtmaq mümkündür.

Bu istiqamətdə səhər tezdən 4 qatar, axşam saatlarında isə yenə 4 qatar (ümumilikdə 8 qatar) hərəkət edir. Gediş haqqının məbləği Bakı sərnişin stansiyasından hər 2 Zabrat stansiyasına qədər 0,6-1,7 manat, Məhəmmədi stansiyasına qədər 0,7-1,8 manat, Pirşağı stansiyasına qədər isə 0,8-1,9 manat təşkil edib. Əks istiqamətdə də eyni qiymətlər qüvvədədir. Konkret məbləğ ödənişin plastik kartla və yaxud nağd ödənilməsindən, vaqonun “ekonom” və yaxud “biznes” tipli olmasından asılıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR