Slimfit
  1. SİYASƏT

Bakı Paşinyana güvənmək istəyir, amma...

Bakı Paşinyana güvənmək istəyir, amma...
Sakura

Bakı Paşinyana güvənmək istəyir, amma...

İnqilabdan sonra yeni hakimiyyətin ilk zamanlarında danışıqlar prosesində bir sıra pozitiv irəliləyişlər müşahidə edilirdi. Ölkə başçılarının danışıqlar səviyyəsində müsbət dəyişikliklər baş verdi. Mən bilirəm ki, Bakıda ən yüksək səviyyədə Baş nazir Paşinyanın niyyətlərinə yeni etibar səviyyəsi formalaşmışdı.

Axar.az xəbər verir ki, bunu “168 Jam”a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Mənə bəllidir ki, Bakıdakı ali hakimiyyətin nümayəndələri Baş nazir Paşinyanla məsələnin həllində irəliləyiş əldə etmək istəyirlər, amma Baş nazir Paşinyanın öz siyasi qüvvəsini effektiv konsolidasiya edəcəyi ilə bağlı hər zaman şübhə var. Belə ki, köhnə sistem Paşinyana qarşı işləyir, üstəlik ona qarşı təzyiqlər hələ də mövcuddur. Ona görə də düşünürəm ki, bu məsələ inkişafı yavaşıdır və Baş nazir Paşinyana təzyiq göstərir”, – deyə o bildirib.

O, Qarabağ probleminin uzun illərdir davam etdiyini deyib.

Brayza Qarabağın həlli ilə bağlı Petrosyanın etdiyi cəhdləri, eləcə də qarşılaşdığı təzyiqləri xatırladıb:

“Sərkisyanın prezidentliyi dönəmində də tərəflərin inkişafa nail olmasıyla bağlı situasiya meydana gəlib. Aprel müharibəsindən sonra Putin bir neçə təklif irəli sürdü ki, bu da Ermənistanda polis bölməsinin ələ keçirilməsiylə nəticələndi. Eyni şeylər Paşinyanla baş verir, bütün bunlarda yeni heç nə yoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR