Slimfit
  1. İDMAN

Bakı Olimpiya Stadionu mundial azarkeşləri üçün böyük jest edib

Bakı Olimpiya Stadionu mundial azarkeşləri üçün böyük jest edib
Sakura

Azərbaycanın futbol azarkeşlərinə BOS-dan möhtəşəm imkan: bu gündən...

Dünya Çempionatının yarımfinal mərhələsi bu gündən etibarən start götürəcək.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionu bu səbəbdən mundial azarkeşləri üçün böyük jest edib.

Belə ki, dünyanın ali futbol turnirinin yarımfinal, 3-cü yer və final oyunu BOS-un İstirahət Zonasında quraşdırılmış böyük ekranda canlı nümayiş etdiriləcək.

Şərtlər:

Giriş sərbəstdir;

Qida və içki gətirmək olmaz;

Kəsici və deşici alətlər gətirmək olmaz;

Ev heyvanları gətirmək olmaz;

Digər azarkeşlərin rahatlığını pozacaq hərəkətlər olmaz;

Qapılar hər oyuna 2 saat qalmış açılacaq. Öncədən gəlib yerinizi müəyyən etməyiniz məsləhət görülür.

Oyunlar:

10 İyul saat 22:00 - Yarım Final

11 İyul saat 22:00 - Yarım Final

14 İyul saat 18:00 - 3-cü yer uğrunda oyun

15 İyul saat 19:00 – Final

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR