Slimfit
  1. İQTİSADİYYAT

Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinin birinci mərhələsi başa çatmaq üzrədir

Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinin birinci mərhələsi başa çatmaq üzrədir
Sakura

Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinin birinci mərhələsi başa çatmaq üzrədir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi çərçivəsində yenu bitum qurğusunu işə salmağa hazırlaşır.

Bunu Trend-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib.

O bildirib ki, yeni bitum qurğusu layihəsi üzrə əsas işlər artıq başa çatıb:

“Şirkət bu qurğunu rəsmi olaraq işə salmağa hazırlaşır ki, bu da Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinin birinci mərhələsinin başa çatdığını ifadə edir”.

İ.Əhmədov əlavə edib ki, modernləşdirilmə işlərinin ikinci və üçüncü mərhələləri üzrə işlər artıq başlayıb və əvvəllər qeyd olunduğu kimi, yeni qurğular, o cümlədən dizel istehsalı qurğusu zavodun ərazisinə daxil olub:

“İşlərin əsas hissəsi növbəti iki il ərzində icra olunacaq”.

İlkin neft emalı qurğusunun atmosfer-vakuum blokları ilə birgə keçmiş “Azneftyağ” Neft Emalı Zavodunun ərazisindən köçürülməsi layihəsi barədə danışan şöbə rəhbəri bildirib ki, müvafiq saziş hazırda davam edən tender prosedurlarının başa çatmasından sonra imzalanacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR