Dərc edildi: Baxış sayı: 310
Bakı metrosunun yeni stansiyasını fərqləndirən cəhət - Ayrıca elektrik yarımstansiyası inşa olunur
Bakı Metropoliteninin yeni tikilən stansiyasında yeni və fərqli texnologiyalar tətbiq ediləcək.
Bu barədə Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov bildirib ki, paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək:
"Bu stansiyanın gətirəcəyi daha bir yenilik elektrik təchizatı ilə bağlı olacaq. Burada elektrik yarımstansiyası inşa olunur. Onun ərazisində 8 ədəd generatordan ibarət dizel-generator stansiyası qurulacaq. Bununla da Bənövşəyi xəttin elektrik enerjisinə fövqəladə ehtiyacları ödənəcək".
O əlavə edib ki, gələcəkdə tikiləcək bütün yeni xətlərdə eyni qayda ilə ehtiyat enerji qida mənbələri olacaq.
Qeyd edək ki, yeni stansiyanın tikintisi üzrə işlərin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət