Slimfit
  1. AZƏRBAYCAN

Bakı metrosundan yeni il sürprizi

Bakı metrosundan yeni il sürprizi
Sakura

Bakı metrosundan yeni il sürprizi

“Bakı Metropoliteni” QSC Yeni il ərəfəsində sərnişinlərini daha bir əhəmiyyətli layihə ilə sevindirəcəklər.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 18-i səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər” stansiyasında keçiriləcək yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil etmək üçün şərait yaradılacaq.


“Əl işləri yarmarkası” adlandırılan, sırf sosial yönümlü aksiya təmənnasız təşkil edilir. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməsinə dəstək olaraq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır.

“Bakı Metropoliteni” QSC sərnişinlərini gənc istedadlara dəstək olmağa dəvət edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR