Slimfit
  1. GÜNDƏM

Bakı metrosunda yenə problem yarandı

Bakı metrosunda yenə problem yarandı
Sakura

Bakı metrosunda yenə problem yarandı

Bu gün səhər saatlarında metronun "Ulduz" və "Nərimanov" stansiyaları arasında qatar bir neçə dəqiqə tuneldə qalıb. Bu isə sərnişinlərin həyəcanına səbəb olub. Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

Demokrat.Az bildirir ki, Bəxtiyar Məmmədov ölkə.az-a açıqlamasında qatarın tuneldə ləngiməsinin səbəbini açıqlayıb.

Mətbuat katibi bildirib ki, maşinist qatarın texniki baxış məqsədi ilə "Depo" stansiyasına getməsini məqsədəuyğun olduğunu bildirib. Bu səbəbdən sözügedən qatar "Depo" stansiyasına doğru hərəkət edib. Əks istiqamətdə hərəkət edən qatar isə tuneldə gözləyərək "Depo"ya gedən qatarın ikinci yola keçməsini gözləyib. Bu səbəbdən qatarın hərəkətində ləngimə yaranıb. Hazırda Bakı metrosunda qatarlar hərəkət cədvəli üzrə işləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR