Bakı metrosunda generatorlar bu halda işə düşəcək
“Elektrik enerjisinin verilişində yaranan problemlə bağlı qatarlar tuneldə qalarsa, dizel-generator stansiyalarının çalışdırılması nəzərdə tutulur”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, generator stansiyalarının işə salınması elektrik enerjisinin verilişində yaranan problemin müddətindən asılıdır:
“Belə hallarda dərhal “Azərişıq” ASC ilə əlaqə saxlanılır. Elektrik enerjisinin verilişində yaranan problemin mahiyyəti öyrənilir. Sistemin işə düşməsi enerjinin bərpa müddətindən asılı olaraq dəyişir.
Qısa müddətdə elektrik enerjisi veriləcəksə, dizel-generatorlar dərhal işə salınmır. Aidiyyəti üzrə “Azərişıq” ASC ilə danışıqlardan sonra müvafiq vəziyyətə uyğun olaraq dizel-generatorların işə salınmasına təlimat verilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət