Slimfit
  1. CƏMİYYƏT

Bakı metrosunda elanları uşaqlar səsləndirib

Bakı metrosunda elanları uşaqlar səsləndirib
Sakura

Bakı metrosunda elanları uşaqlar səsləndirib

“Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq koronavirus (“COVID-19”) pandemiyası ilə mübarizə şəraitində xüsusi karantin rejiminin tələbləri çərçivəsində uşaqlara həsr olunmuş fərqli layihələrini təqdim edib. 

Ens.az xəbər verir ki, bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, budəfəki əsas mövzular günün tələbinə uyğun olaraq qurulub. Sosial məsafənin saxlanmasının aktual olduğu, kütləvi sosial-mədəni tədbirlərin məhdudlaşdırıldığı karantin rejimi dövründə festival ovqatlı tədbirləri bu dəfə fərqli layihələrlə uşaq səsləri əvəz edir.

Stansiyalarda xüsusi azyaşlı, məktəbəqədər və məktəbli uşaqların dili ilə maarifləndirici elanlar səsləndirilir. Uşaqların çağırışlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin və qurumun yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarları, tövsiyələri və metodiki göstərişləri, eləcə də Səhiyyə Nazirliyi, TƏBİB və Ümumdünya Səhiyyə təşkilatının “COVID-19” virusundan sərnişinlərin qorunması üçün tövsiyələri xüsusi yer alır.

Əvvəlki iki ildə olduğu kimi, sərnişinlərin xüsusi rəğbətlə qarşıladığı uşaqların səsləndirdiyi elanlar stansiyalara daxil olan və oradan yola düşən qatarlarda sərnişinlərə yol yoldaşlığı edir.

“Bakı Metropoliteni” kollektivi bütün balaları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, gələcəyimiz olan uşaqlara sağlam və xoşbəxt mühitdə şən və qayğısız günlər arzulayır", - qurum bəyan edib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR