Slimfit
  1. CƏMİYYƏT

Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA

Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Sakura

Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA

“Bakı metrosundan istifadə edən sərnişinlərin karantin qaydalarına nəzarət etməsi xahiş olunur. Əks təqdirdə bu metronun fəaliyyətinin yenidən bağlanmasına şərait yarada bilər”.

Ens.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlərə rast gəlinir:

“İstər metropoliten əməkdaşları, istərsə də polislər sərnişinlərə platformalarda tibbi maskaları təyinatına uyğun şəkildə taxmalarını tövsiyə edir. Tibbi maskanın istifadə qaydası yuxarı tənəffüs yollarını qorumaqdır. Əgər sərnişin maskanı çənəsinin altında saxlayırsa və ya burnunu bağlamayacaq tərzdə taxırsa, onun heç bir mənası olmur. Bu sadəcə aksessuara çevrilir.

Biz bütün sərnişinlərdən xahiş edirik, təkcə platformada deyil, qatarlara minərkən də maskaları təyinatına uyğun taxın. Çünki, maskadan istifadə etməmək virusun yayılmasına zəmin yaradır. Bu isə maskadan istifadə edən sərnişinlərin haqlı narazılığına səbəb olur. Sərnişinlər karantin qaydalarına ciddi nəzarət etməzsə, bu hal, metronun yenidən bağlanmasına şərait yarada bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR