Dərc edildi: Baxış sayı: 469
Bakı metrosu avqustun 5-də açılır? - Açıqlama
Avqustun 5-də Bakı metrosunun fəaliyyətini bərpa edəcəyi ilə bağlı hələlik hər hansı qərar və tapşırıq verilməyib.
Ens.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, hələlik başqa qərar olmadığı üçün metropoliten son qərarı əsas götürür.
“Metronun fəaliyyətini bərpa etməsi ilə bağlı qərarı Operativ Qərargah verir. Əgər əlavə tapşırıq və yaxud qərar olarsa, ictimaiyyətə açıqlanacaq”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət