Bakı Metropoliteninin Xocasən deposu işə salınacaq
“Xocasən” deposunun işarəvermə və telekommunikasiya sisteminin reallaşdırılması istiqamətində işlər aparılacaq”.
TED.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin illik hesabatında qeyd olunub.
QSC-dən bildirilib ki, hazırda Bakı metropoliteninin Bənövşəyi xəttində Fransanın “Thales” şirkətinin müasir sistemləri qurulur: “Müstəqillik dövründə istifadəyə verilən ilk xətdə və onun fəaliyyətdə olan 2 stansiyasında ən müasir sistemlər qismən tətbiq olunur və bu proses davamlı olaraq inkişaf etdirilir. 2019-cu il martın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Fransa Respublikasına səfəri çərçivəsində imzalanmış Azərbaycan-Fransa sənədlərindən ikisi Bakı metropoliteninin yaxın illərdəki inkişafını əhatə edir. Əməliyyat-Nəzarət Mərkəzinin yaradılması ilə bağlı müqavilə dispetçer idarəetməsinin qurulmasını təmin edəcək”.
Xatırladaq ki, 2014-cü il mayın 12-də Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan–Fransa iqtisadi forumunda “Bakı Metropoliteni” QSC ilə “Thales” şirkəti arasında ilkin araşdırmaların aparılmasına dair anlaşma memorandumuna əsasən başlanan işlərdə uğurlu nəticələr əldə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət