Slimfit
  1. AZƏRBAYCAN

“Bakı Metropoliteni”nin Rusiyadan aldığı vaqonlardan 10-u bu gün yola düşüb

“Bakı Metropoliteni”nin Rusiyadan aldığı vaqonlardan 10-u bu gün yola düşüb
Sakura

“Bakı Metropoliteni”nin Rusiyadan aldığı vaqonlardan 10-u bu gün yola düşüb

Bu gün Moskvadan Bakıya ən müasir - 4-cü nəslə aid 10 vaqon yola salınıb.

Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinə daxil olan “Metrovaqonmaş” zavodunda baş tutan tədbirdə çıxış edən rəsmilər, “Metrovaqonmaş”ın baş direktoru Kirill Lipa Rusiya məhsullarına Azərbaycanın marağını qeyd edərək, Rusiya şirkətinə etibara görə Azərbaycana təşəkkür edib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə Azərbaycanın Rusiya ilə hərtərəfli əməkdaşlığının olduğunu bildirib. Qeyd edib ki, zavod Azərbaycana keyfiyyətli məhsul təqdim edir.

Tədbir mükafatların verilməsi ilə davam edib.

Yeni model vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Müqayisə üçün qeyd edək ki, müasir 81-765.Б/766.Б qatarlarında yeni qapı sistemləri, qatar boyunca vaqonları birləşdirən daxili açıq keçidlər və qapıların açıb bağlanmasında istifadə olunan yeni işıq sistemləri istifadə olunur. Həmçinin, yeni dizayn yaxşı səs və istilik izolyasiyasına malik olmaqla yanaşı, vaqonlar kondisioner və ventilyasiya, sərnişinlərin elektron cihazların doldurulması üçün sistemlərlə də təchiz olunub. Əsas salonlarda isə əlil arabaları və velosipedlər üçün yerlər də var. Bakı qatarları üçün orijinal rəngli qrafik sxemi hazırlannıb, farların dizaynı dəyişdirilib, yerli şəraitə uyğunlaşdırılmış informasiya sistemi yaradılıb.

Qeyd edək ki, müəssisə 1967-ci ildən "Bakı Metropoliteni"ni qatarla təmin edir. Hazırda Bakı metrosunda “Metrovaqonmaş”da istehsal olunmuş 300-dək vaqon hərəkət edir. Bu il "Metrovaqonmaş” şirkətindən ümumilikdə 30 ədəd vaqon alınacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR