Slimfit
  1. AZƏRBAYCAN

“Bakı Metropoliteni”nin Rusiyadan aldığı 2 qatar Bakıdadır

“Bakı Metropoliteni”nin Rusiyadan aldığı 2 qatar Bakıdadır
Sakura

“Bakı Metropoliteni”nin Rusiyadan aldığı 2 qatar Bakıdadır

"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Metrovaqonmaş” zavodundan aldığı 2 qatar (10 vaqon) Bakıya çatıb.

Bununla bağlı xəbəri “Report”a metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.

“Qatarlar sabah depoya təhvil veriləcək. Daha sonra isə sınaq və sazlanma işləri həyata keçiriləcək. Onların gələn ay xəttə buraxılması gözlənilir. Buna qədər 2 köhnə qatarın istismar müddəti bitəcək", - deyə o, qeyd edib.

Bundan başqa, B.Məmmədovun sözlərinə görə, bu ilin sonuna qədər daha 4 qatar (20 vaqon) hissə-hissə Bakıya gətiriləcək.

Xatırladaq ki, bu il yanvarın 31-də metropolitenlə “Metrovaqonmaş”ın daxil olduğu “Transmaşholdinq” SC arasında 6 qatarın (30 vaqon) alınması ilə bağlı müqavilə imzalanıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR