Slimfit
  1. CƏMİYYƏT

Bakı Metropoliteninin rəsmisi Polad Həşimovun adının metro stansiyasına verilməsindən DANIŞDI

Bakı Metropoliteninin rəsmisi Polad Həşimovun adının metro stansiyasına verilməsindən DANIŞDI
Sakura

Bakı Metropoliteninin rəsmisi Polad Həşimovun adının metro stansiyasına verilməsindən DANIŞDI

Xəbər verdiyimiz kimi artıq bir neçə gündür ki, Bakı metropoliteninin stansiyalarından birinin adının dəyişdirilməsi təklif edilib. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli özünün "Facebook" hesabında yazaraq fikrini izləyicilərilə bölüşüb. Ekspert "Xalqlar dostluğu" stansiyasının adının dəyişdirilib, ora Tovuzda şəhid olan general-mayor Polad Həşimovun adı verilməsini istəyib.

Təklifi yüksək dəyərləndirən tarixçi-alim Dilavər Əzimli məlum təşəbbüsə dəstək verib. Bundan əlavə sosial şəbəkədə digər tanınan simalar da bu çağırışa dəstək ifadə ediblər.

Ens.az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteninin" mətbuat xidməti vəzifəsini Bəxtiyar Məmmədov Sonxeber.az-a danışıb:

"Bu Nazirlər Kabinetinin səlahiyyətidir.Qərarı ancaq bu qurum verə bilir. Əgər hər hansı şəkildə bu müzakirə olunacaqsa, mütləq şəkildə Nazirlər Kabinetində aparılacaq. Bütün müraciətlər, yəni istər fərdi, istər ictimayi qaydada Nazirlər Kabinetinə təqdim oluna bilər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR