Slimfit
  1. AZƏRBAYCAN

Bakı metropolitenində çoxdan gözlənilən yenilik

Bakı metropolitenində çoxdan gözlənilən yenilik
Sakura

Bakı metropolitenində çoxdan gözlənilən yenilik

Əillər, hamilə qadınlar, ahıllar xüsusi arabalar və qurğulardan yararlanmaqla metrodan istifadə edə biləcəklər.

 Bu barədə “Ölkə.Az”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

  B.Məmmədovun sözlərinə görə, bu gün paytaxt əhalisinin böyük əksəriyyətinin və müxtəlif təbəqələrindən olan insanlar metrodan istifadə edir:

 “Bu gün əlillərin, hamilə qadınların, ahılların, görmə və eşitmə qabliyyəti zəif olan insanların metropoliteninin xidmətindən istifadə etməsində müəyyən çətinliklər yaranır. Metropoliten rəhbərliyi bu xüsusi həssas qurplara aid olan insanların metrodan istifadəsini asanlaşdırmaq üçün xüsusi layihə həyata keçirir. Bu layihəyə əsasən Bakı metropolitenininə ilkin olaraq 2 əlil arabası və xüsusi 4 qurğu alınıb. Bu məqsədlə  10 nəfərlik işçi heyəti də hazırlanıb. Layihənin məqsədi əlil arabasından istifadə edən şəxslərin metrodan istifadəsini asanlaşdırmaq, bundan əlavə olaraq hamilə qadınların, ahılların, görmə və eşitmə qabliyyəti zəif olan insanların metrodan daha rahat istifadə etməsinə nail olmaqdır.  Həmin qrupa daxil olan insanlar  bu arabalar və qurğular vasitəsi ilə metrodakı pilləkən və eskalatordan düşüb qalxmaq üçün istifad edəcəklər”.

B.Məmmədov əlavə edib ki, layihəyə çox yaxın zamanlarda start veriləcək və hazırda  layihənin işə salınması üçün son hazırlıq işləri gedir. 

Metropoliten  rəsmisi bildirib ki,  hazırda metro qatarlarında əlil arabalarından  istifadə edən şəxslər üçün şərait yardılmaqdadır: “Beynəlxalq təcrübəyə əsasən birinci vaqonda  belə yerlər hazırlanacaq. Birinci vaqonda 3 oturacaq söküləcək və orada əlil arabaları üçün şərait yaradılacaq”.

B.Məmmədov deyib ki,bu xidmətdən yararlanmaq istəyən şəxslər əvvəlcədən əlaqə saxlayaraq həmin araba və qurğulardan, hansı metrostansiyada  istifadə edəcəyi barədə sifarişini verəcəklər:

“Metropolitenin həmin işçiləri o deyilən vaxtda sərinişini deyilən metrostansiyadan götürüb, gedəcəyi stansiyaya yola salacaqlar. Misal üçün  bu xidmətdən yaralanmaq istəyən şəxs Əcəmi metrosundan  Əhmədli stansiyasına getmək istədiyini deyəcək və işçilər onu həmin stansiyadan mindirib, Əhmədli stansiyasından çıxanadək müşaiyət edəcəklər və oradan onu yola salacaqlar. Bununla bağlı bütün detallar və videoçarxlar hazırlanır və bu hazır olduqdan sonra ictimaiyyətə çatdırılacaq”.

B.Məmmədov onu da əlavə edib ki, bu sınaq layihəsidir:

 “Ona görə də hələlik 2 əlil arabasından  və 4 qurğudan istifadə olunacaq. Gələcəkdə  əlil arabalarının və qurğuların sayının artırılması nəzərdə tutulur. Biz bununla da yuxarıda adıçəkilən insanların metropolitendən istifadəsini asanlaşdırmış olacağıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR