“Bakı Metropoliteni” üçün ən çox kadr hazırlayan universitet açıqlandı
Oxu.Az xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni”nin Təlim-Tədris Mərkəzinin açılışında iştirak edən Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, Nazirlik peşə təhsilinə xüsusi diqqət göstərir:
“Bu günə Memarlıq və İnşaat Universiteti bakalavr və magistr pilləsi üzrə “Bakı Meteopoliteni” üçün 2000-dən artıq ixtisaslı kadr hazırlayıb".
Nazir onu da qeyd edib ki, qarşıdakı illərdə də Təhsil Nazirliyi ilə “Bakı Metropoliteni” QSC arasındakı əməkdaşlıq qarşılıqlı şəkildə inkişaf etdiriləcək:
“Biz bəzi ixtisaslar üçün müvafiq fənlər üzrə ixtisaslaşma məsələsində “Bakı Meteopoliteni” ilə əməkdaşlıq etmək istəyirik. Bu istiqamətdə də təbii ki, təlim məsələlərində onların mütəxəssislərindən istifadə edəcəyik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət