Dərc edildi: Baxış sayı: 949
Bakı Media Mərkəzi “Miras” adlı yeni sənədli film üzərində işləyir
Bakı Media Mərkəzi “Miras” adlı yeni sənədli film üzərində işləyir.
Publika.az xəbər verir ki, bu barədə Mərkəz öz Tvitter səhifəsində məlumat verib. Ekran işi film “Nobel qardaşları” şirkətinin Azərbaycanın neft sənayesində fəaliyyətindən bəhs edir. Bakı Media Mərkəzi sosil şəbəkədə filmin çəkilişlərindən şəkillər də payaşıb.
Məlumat üçün bildirək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, “Son İclas” və s. kimi filmlər yer alır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət