Slimfit
  1. MEDİA

Bakı Marafonuna 600-dən çox “BİR” tələbə-könüllü dəstək verdi

Bakı Marafonuna 600-dən çox “BİR” tələbə-könüllü dəstək verdi
Sakura

Bakı Marafonuna 600-dən çox “BİR” tələbə-könüllü dəstək verdi

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib.

Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib.

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edən Marafonda Təhsil Nazirliyinin 600-dən çox “BİR” tələbə-könüllü fəaliyyət göstərib.

Bu dəfə 22 min 320 şəxsin qeydiyyatdan keçdiyi “Bakı Marafonu-2019”da bütün iştirakçılar “BİR” tələbə-könüllülərin dəstəyindən faydalanıblar.

Mart-aprel ayından BİR könüllülər Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat stendlərində Marafon iştirakçılarının qeydiyyat prosesini həyata keçiriblər. Həmçinin Marafon günü 600-dən çox tələbə-könüllü əyləncə hissəsinin təşkili, logistika, nəzarət, iştirakçıların yönləndirilməsi və s. işlərdə fəaliyyət göstərərək tədbirin uğurla həyata keçirilməsinə töhvə veriblər.

Həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının sosial şəbəkələrdəki səhifələrindən "Bakı Marafonu-2019" barədə məlumat, şəkil və videolar paylaşılmış və minlərlə izləyicinin marağına səbəb olmuşdur.

“Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir.  Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirib.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR